Şoyqu gözlənilmədən İrana getdi - VİDEO

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gözlənilməz səfər edib.

Demokratikmusavat.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Telekanalın yayımladığı videoda Şoyqunun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirməsi əks olunub.

İRİB-in məlumatına görə, Şoyqu İran Prezidenti Məsud Pezeşkianla da görüşüb.

Xatırladaq ki, “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Daha sonra İran bəyanat yayaraq xəbərin yalan olduğunu açıqlayıb.

Ötən gün isə İran lideri Məsud Pezeşkian açıqlamışdı ki, İran hökuməti Rusiya ilə əməkdaşlıq edir, onu raketlərlə təmin etmir.

0.15407204627991