"Türkiyənin BRICS-ə qoşulmaq niyyəti onun daxili işidir".
Demokratikmusavat.com xəbər verir ki, bunu ABŞ səfirliyinin rəhbərinin müavini Maykl Qoldman deyib.
"Türkiyə suveren və müstəqil dövlətdir. Biz NATO-nun güclü tərəfdaşı kimi Türkiyə ilə ikitərəfli müdafiə əlaqələrimizə güvənirik", - diplomat bildirib.
Xatırladaq ki, sentyabrın 2-də Türkiyə BRICS dövlətlərarası birliyə üzv olmaq üçün müraciət edib.