İrana təzyiq üçün sanksiyalar keçərsizdir - Arakçı

 

Sanksiyalar uğursuz alətdir, Qərb ölkələri İrana öz iradələrini tətbiq etmək üçün onlardan istifadə edə bilməz.

Demokratikmusavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“Qərb hələ də uğursuz sanksiya təcrübəsinə ümid edir və onu tətbiq edir. Qərb ölkələri yollarını dəyişməlidir. Biz hər zaman mübahisələrə səbəb olan mövzularda belə ümumi anlaşmaya nail olmaq üçün konstruktiv müzakirələrdən heç vaxt imtina etməmişik və dialoqda iştirak etməyə hazırıq, lakin dialoq qarşılıqlı hörmət üzərində qurulmalıdır, təhdidlər və təzyiqlər üzərində deyil”, - Arakçı bildirib.

 

0.36614680290222