Daha bir ölkə Ukraynaya "Patriot"lar göndərəcək

 

Rumıniya tezliklə ölkəmizə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcək.

"Ölkə az" APA-ya istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.

O bildirib ki, müvafiq razılıq rumıniyalı həmkarı Ancel Tılver ilə telefon danışığında əldə olunub. Nazirin sözlərinə görə, söhbətin əsas mövzusu ölkə səmasının Rusiyanın hücumlarından etibarlı şəkildə qorunması olub.

Umerov bir qrup ukraynalı hərbi pilotun Rumıniya ərazisində təlimlərə cəlb olunduğunu da vurğulayıb.

0.16243314743042