O İraqa üçgünlük səfərində Kərbəlada da olacaq.
Demokratikmusavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bu gün İraqa üç günlük rəsmi səfərə gedib.
Pezeşkianın səfəri İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin rəsmi dəvəti əsasında reallaşıb. Bu səfər prezident seçildikdən sonra Pezeşkianın ilk xarici səfəridir.
Prezidenti yüksək vəzifəli siyasi və iqtisadi rəsmilərdən ibarət nümayəndə heyəti müşayiət edir.
Pezeşkian baş nazir, prezident, parlament və məhkəmə orqanlarının rəhbərləri ilə rəsmi görüşlər, birgə əməkdaşlıq sənədlərinin imzalanması ilə yanaşı, İraqda yaşayan iş adamları və iranlılarla da görüşlər keçirəcək.
Bundan əlavə, o, Bağdada rəsmi səfərlərdən sonra Nəcəf və Kərbəla şəhərlərinə səfər edərək İmam Əli və İmam Hüseynin hərəmlərini ziyarət edəcək.
Mürtəza
Demokratikmusavat.com