Harris: Tramp Ukraynanı 24 saata Putinə təslim edər

 

Tramp seçkidə qələbəsindən  24 saat sonra Ukraynanı Rusiyaya təslim edəcək.

 Demokratikmusavat.com xəbər verir ki, bunu  ABŞ-ın vitse-prezidenti. prezidentliyə namizəd Kamala Harris deyib.

“O, seçkilərdə qalib gəldikdən sonra 24 saat ərzində Ukraynanı təslim edəcək. Əgər Zelenskiyə və onun ordusuna yardım edirik. Əks halda Putinin qoşunları  Kiyevdə yox,  Polşada olacaq”, - Harris bildirib.

Harris eyni zamanda  Trampı Putinlə danışıqlar ideyasına görə qınayıb: “Sən düşünürsən ki, bir diktatorla danışıqlar apara bilərsən? O,  səni yeyər”.

Mürtəza
Demokratikmusavat.com

0.21104097366333