İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” Qəzza zolağından şimala - Livanla sərhəd bölgəyə dəyişir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimalında hərbçilərlə görüşdə deyib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağının cənubunda vəzifələrini tamamlamağa yaxındır, lakin missiya hələ tamamlanmayıb.