Vaşinqton administrasiyası hazırda Qəzza zolağında atəşkəslə bağlı rəsmi danışıqlarda iştirak etmir, lakin tərəflərin bu cür razılaşmalara nail olmasına çalışır.
Demokratikmusavat.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
"Biz hələ də bu məsələyə son qoymağa və tərəflər arasında razılığa gəlməyə imkan verəcək təklif hazırlamağa çalışırıq. Biz hələ də bunun üzərində işləyirik”, - deyə Kirbi bildirib.(Axar.az)