Bu gün İranda keçirilən koorperativlər festivalında qəfil həyəcan siqnalı işə düşüb. Bildirilib ki, festival ölkə Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, həyəcan siqnalı işə düşən kimi zalda canlı yayım da kəsilib.
Qeyd olunub ki, prezident dərhal zalı tərk edib və bir neçə dəqiqə sonra zala qayıdıb.