Üçüncü qüvvələrin mövcudluğu qəbuledilməzdir - Simonyan

 

"Beynəlxalq təcrübədə belə hallar var ki, üçüncü ölkənin təşkilatı digər ikisi arasında olan yolun idarə olunmasını öz üzərinə götürür. Ermənistanda da oxşar hadisə baş verərsə, bu, ölkəmizin qanunvericiliyinə uyğun olaraq təşkil olunacaq". 

Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizinə nəzarətin başqa ölkədən hansısa təşkilata verilməsinin Ermənistanın subyektivliyinə zərbə vurub-vurmayacağı sualına cavab verərkən deyib. 

“Bu münaqişənin “qaynar mərhələsi” cəmi bir neçə il əvvəl başa çatıb, ona görə də bütün bunlar bizim üçün tamamilə yenidir və təbii ki, sərhəddə yoxlamalar zamanı vasitəçinin olması daha rahat olacaq”, - Simonyan bildirib.

Onun fikrincə, əgər hər şey Ermənistanın qanunvericiliyinə uyğun olaraq həyata keçirilsə, suverenliklə bağlı problemdən söhbət gedə bilməz.

“Məsələn, rus sərhədçiləri onilliklərdir ki, bizim hava limanında yerləşdirilib. İndi də Türkiyə ilə İran sərhədində rus sərhədçiləri dayanır və biz bununla bağlı düşünməliyik. Bu, sadəcə, bir fikirdir. Sadəcə, müzakirə olunan təklifdir”, -  Simonyan deyib.

Xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Zəngəzur dəhlizinin nəzarətinin hansısa tərəfə verilməsi ilə bağlı heç bir şey müzakirə olunmur: "Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirmişik". 

Mürtəza
Demokratikmusavat.com

0.19795918464661