Gürcüstan parlamenti sonuncu dəfə toplaşacaq

 

Gürcüstan parlamentinin 10-cu çağırış deputatları iki qanunun yekun oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına toplaşacaqlar.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Plenar iclasda iki qanuna - “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ var və ona görə də plenar iclas üçün bizə bir gün – sentyabrın 17-si lazım gələcək və bununla da işi yekunlaşdıracağıq”, - o deyib.

Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 4-də ikinci oxunuşda ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini qəbul edib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

0.2822630405426