“NATO-nun gələcəkdə Ukraynaya dəstəyini davam etdirəcəyinə zəmanət vermək mümkün deyil, lakin bu, alyansın maraqlarına cavab verir”.
Demokratikmusavat.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Osloda çıxışı zamanı deyib.
“32 demokratik dövlətin adından danışanda heç kim heç nəyə zəmanət verə bilməz. Bununla belə, mən əminəm ki, dəstək davam edəcək”, - NATO nümayəndəsi bildirib.
Stoltenberqin fikrincə, Ukrayna münaqişəsinin nəticəsi Qərbin Kiyevə yardımını davam etdirib-etməyəcəyindən asılıdır.