Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalıların Kiyevi 900 kilometrə qədər uzaq mənzilli qanadlı raketlərlə təmin etmək niyyəti ilə bağlı xəbərləri şərh edib.
Demokratikmusavat.com xəbər verir ki, onun çıxışının videosu Teleqram kanalında yayımlanıb.
“Mən heç nəyə təəccüblənmərəm, amma başa düşməlidirlər ki, qırmızı xəttimizlə zarafat etməməlidirlər. Onlar bu xətlərin harada olduğunu çox yaxşı bilirlər", - deyə Lavrov bildirib.
Nazir həmçinin ümid etdiyini bildirib ki, Vaşinqtonda ölkə rəhbərliyinə siyasi təsir göstərən ağıllı adamlar olacaq. O, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Avropaya risklərdən qaçmaq üçün silahlardan ehtiyatlı istifadə edilməsi barədə sözlərini xatırladıb.
Qeyd edək ki, ötən gün Pentaqon "RİA Novosti"yə bildirib ki, raketlərin Ukraynaya ötürülməsi siyasətində heç bir dəyişiklik yoxdur. Nazirlik ABŞ-ın Kiyevə JASSM uzaqmənzilli qanadlı raketlərin tədarükü ilə bağlı razılaşmaya yaxın olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Adəm Abbaslı