Paris-2024 Yay Olimpiya Oyunlarında Uqandanı təmsil edən idmançı Rebekka Çeptegi sevgilisi tərəfindən hücuma məruz qalıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Məlumata görə, sevgilisi atletin üzərinə benzin tökərək onun bədənini yandırıb.
İdmançının bədəninin 75% yanıb.
Həkimlər onun vəziyyətinin kritik olduğunu açıqlayıblar.
Qeyd edək ki, Rebekka 2024-cü il Paris Olimpiadasında məsafəyə qaçış növü üzrə 44-cü yeri tutub.(Qafqazinfo)