Hindistanda leysan yağışları çox sayda can aldı

 

Hindistanın cənubundakı Andhra-Pradeş və Telanqana ştatlarında “Asna” siklonunun fəsadları nəticəsində azı 12 nəfər ölüb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Hindistan mətbuatı rəsmilərə istinadən məlumat yayıb.

“Asna” siklonu iki gün ərzində dayanmayan güclü leysan yağışlarına səbəb olub, küçələri, evləri və avtomobilləri su basıb. İlkin məlumatlara görə, Andhra-Pradeşdə 294 kənddən 9 nəfər ölüb 600-dən çox insan xilas edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, daşqın nəticəsində qonşu Telanqana ştatında 3 nəfər ölüb, yol hərəkəti iflic olub. Hindistan Meteorologiya İdarəsi Telangananın 11 rayonunda qırmızı təhlükə elan edib.

Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, polis, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri və Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri xilasetmə işləri aparır.

Bildirilib ki, alçaq ərazilərin bir çox sakini təhlükəsiz ərazilərə köçürülüb. Cənub Mərkəzi Dəmiryolu güclü daşqın səbəbindən hər iki ştata bir çox reysləri ləğv edib.

0.2321879863739