Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.
“Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb və iki nəfərdən ibarət hava gəmisinin ekipajı ölüb.
Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir”, – məlumatda diqqətə çatdırılıb.