Teleqramın təsisçisi Pavel Durovun Fransada saxlanılması bütün dünyada Qərbin söz azadlığına qarşı başlatdığı kütləvi hücumun tərkib hissəsi idi.
Demokratikmusavat.com xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
"Bunu görməmək üçün kor olmalısan. Biz söz azadlığına qarşı kütləvi hücumun şahidiyik", - siyasətçi bildirib.
Onun sözlərinə görə, Durov əvvəllər Qərbdə Rusiyanın düşməni hesab olunurdu, amma indi o, Rusiyanı daha çox müdafiə edir, ona görə də Qərbin düşməninə çevrilib.(axar.az)