44 il əvvəl ABŞ-də törədilən qətlin üstü siqaret kötüyü ilə açılıb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, 1980-ci il fevralın 26-da Vaşinqton ştatında Doroti Maria Silzel adlı qadın öz evində ölü tapılıb.
Polislər qadının ölümünü qətl kimi qiymətləndirib.
Yarılma hesabatında Silzelin boğularaq öldürüldüyü qeyd edilib.
Qadının evində tapılan siqaret kötüyü vaxtilə texnoloji çatışmazlıqlar səbəbindən araşdırıla bilməyib.
2023-cü ilin sentyabrında detektivlər hazırda Arkanzas Van Buren qraflığında yaşayan mümkün şübhəliləri araşdırmağa başlayıb.
Ötən il siqaret kötüyünün yenidən yoxlanılması ilə qatilin DNT-si aşkarlanıb və bu il 20 avqustda Kennet Kunderti saxlanılıb.
Polis artıq şübhəli şəxsin həbs olunduğunu açıqlayıb.
Billurə