Ukraynanın "F-16" qırıcısını kim vurub? - Pentaqon SUSDU

 

ABŞ Müdafiə Nazirliyi Ukraynaya verilən ilk "F-16" qırıcısının itirilməsi ilə bağlı məlumatı şərh etməkdən boyun qaçırıb.

Demokratikmusavat.com xəbər verir ki, Pentaqonun nümayəndəsi jurnalistə bu məsələ ilə bağlı Ukrayna hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Adı açıqlanmayan amerikalı məmur isə "Reuters" agentliyi ilə söhbətində təyyarə qəzasının Rusiya hərbçilərinin hücumu ilə bağlı olmadığını bildirib.

“The Wall Street Journal” nəşrinin yaydığı məlumata görə, ABŞ hökumətinin rəsmisi Kiyevin ona verilən Amerika qırıcılarından birini itirdiyini təsdiqləyib.

O, təyyarənin vurulmadığını və qəzanın pilot səhvi ucbatından baş verdiyini deyib.(Publika.az)

0.26475596427917