AB ölkələri Avro Sülh Fondu vasitəsilə Ukraynaya hərbi təchizat üçün 6 milyard avro göndərmək barədə həll yolu tapmayıb.
Demokratikmusavat.com xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.
O qeyd edib ki, AB Rusiya Federasiyasına Qərb silahları ilə hücuma qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı da qərar qəbul etməyib:
"27 Avropa ölkəsinin hər biri bu qərarları müstəqil qəbul edəcək".