Məhbus ailələrindən pul tələb edən şəxs saxlanıldı

 

Polis və penitensiar xidmət əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə məhbus ailələrinə zəng vuraraq pul tələb edən şəxs müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1991-ci il təvəllüdlü N.Əhmədov polis tərəfindən saxlanılıb. Araşdırmalarla onun digər bir neçə məhbus ailəsinə zəng edərək qanunsuz pul vəsaitləri tələb edərək bank hesablarına köçürdüyü məlum olub. Araşdırma gedir.

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Belə ki, N.Əhmədovun məhbuslardan birinin həyat yoldaşını aldadaraq 5 min manat aldığı bildirilirdi.

0.18698596954346