7 saat avtomobildə bağlı vəziyyətdə qalan 6 aylıq körpə vəfat edib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-nin Arizona ştatında baş verib.
Yerli polisin açıqlamasına görə, uşağın anası qonşusundan 6 aylıq körpəsini Preskott Vadisinə aparmağı xahiş edib. Vadidən qayıdarkən körpə qonşunun maşınının arxa oturacağında yuxuya gedib. Ana qonşudan körpəni bir azdan evə gələcək atasının yanına qoymağı xahiş edib. Qonşu saat 14:00 radələrində evə gəlib, maşını qızmar günəşin altında saxlayıb və körpəni maşında qoyaraq evə daxil olub.
Körpənin atası saat 8:45 radələrində anaya zəng edərək qonşunun körpəni nə vaxt ona çatdıracağını soruşub. Hələ də işdə olan ana yenidən qonşuya zəng edib və bu zaman o, körpəni maşında unutduğunu xatırlayıb.
Uşağın atası dərhal hadisə yerinə getsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar körpənin valideynləri və qonşu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Billurə