Ərdoğan: Parisə gedəcəkdim, lakin nəvəm dedi ki...

 

Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimində səhnələşdirilən əxlaqsızlıq üzləşdiyimiz təhlükənin miqyasını bir daha bizə göstərdi.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət başqanları ilə görüşündə deyib.

“Makron məni dəvət etmişdi, gələ biləcəyimi dedim. 13 yaşındakı nəvəm getməməyimi istədi. Səbəbini soruşduqda, orada LGBT səhnəsi olacağını dedi, o görüntüləri göstərdi. Mən də “Tamam, qızım getməyəcəyəm” dedim. İnsanları birləşdirməli olan idman tədbiri təəssüf ki, bəşəri dəyərlərə düşmən münasibətlə başladı”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Olimpiadanın açılış mərasimində transgenderlərin xristianların dini inanclarını təhqir edən nümayiş sərgiləməsi dünya ictimaiyyətində kəskin narazılıqla qarşılanmışdı.

0.29019093513489