Beyninə qan sızması nəticəsində 10 il əvvəl komaya düşən türkiyəli aktyor Kenan Işık vəfat edib.
Demokratikmusavat.com NTV-yə istinadla xəbər verir ki, 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, K.Işık 2014-cü ildə idman etdikdən sonra saunaya girib müvazinətini itirərək yıxılıb və başı yerə çırpılıb. Nəticədə onun beyninə qan sızıb.
O, çox sayda film və seriallarda rol alıb, həmçinin “Kim Milyoner Olmak İster” yarışmasının aparıcı olub.
Billurə