Dağıstanda yağan güclü yağışlar ciddi fəsadlara yol açıb. Güclü yağış yol və əhalinin enerji ilə təminatı sahəsində ciddi problemlər yaradıb.
Demokratikmusavat.com xəbər verir ki, güclü yağışlar nəticəsində 130 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi kəsilib.
Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə nümayəndiliyinin verdiyi məlumatına görə, nəticədə 62 366 nəfər işıqsız qalıb.
Elektrik enerjisinin verilişində Dağıstanın paytaxtı Mahaçqala və Buynaksk kimi şəhərləri ilə yanaşı Qunibski, Çarodinski, Akuşinski, Xunzaxski, Tabasaranski, Xivski, Kaytaqski, Maqaramkentski, Tlyaratinski rayonlarında yaranıb. Qəza-bərpa işlərinə 11 briqada və 44 nəfər cəlb olunub.
Sinoptiklərin məlumatına görə, iyulun 28-dək Dağıstanın bəzi rayonlarında şimşək çaxacağı, dolu düşəcəyi, küləyin sürətinin 23 m/s-dək güclənəcəyi gözlənilir.