Danimarka kraliçası Maria insanlarla görüşü zamanı onun üzərinə avtomobil sürüblər. Kraliçaya qarşı edilən hücuma aydınlıq gətirilmir.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The New York Post” yazıb.
Nəşrin yazdığına görə, hadisə kraliça Marianın Qrenlandiyaya rəsmi səfəri zamanı baş verib. 52 yaşlı kraliça küçədə insanlarla söhbət edərkən qəfildən bir nəfər avtomobili izdihamın üstünə sürüb. Avtomobil kraliçanı vuraraq onu yıxıb.
Təhlükəsizlik əməkdaşları dərhal kraliçanın köməyinə gələrək onu hadisə yerindən uzaqlaşdırıblar.
Sonradan kral ailəsinin sözçüsü açıqlama verərək onun xəsarət almadığını bildirib.
Avtomobilin sürücüsü isə bunun məqsədli və ya əvvəlcədən hazırlanan plan olmadığını, sadəcə olaraq, idarəetməni itirməsi nəticəsində baş verdiyini iddia edir. Onun sözlərinə görə, bunun necə baş verdiyini hələ də anlaya bilmir.