Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Efiopiyanın Qofa bölgəsində torpaq sürüşməsi nəticəsində çoxsaylı insan itkisi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Efiopiya hökumətinə başsağlığı verir və zərər çəkmiş insanların tezliklə sağalmasına ümid edirik" , -məlumatda qeyd edilib.

0.13487315177917