Goranboyda anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

 

Goranboyda anasını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Demokratikmusavat.com report-a istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, bu ilin aprelin 7-də Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

İstintaqla 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahin Əmrahova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.22344517707825