Bank bahalı maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR

 

5 iyul 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

BAKU.WS xəbər verir ki, hərraca 4 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:

S/N    Balanssaxlayıcı müəssisənin adı    Nəqliyyat vasitəsinin markası    Dövlət nömrə nişanı    Buraxılış ili    Start qiyməti    Ödəniləcək 10% beh (manatla)
1    "Azər-Türk Bank" ASC    Audi A6    90PG546    2015    15000    1500
2    "Azər-Türk Bank" ASC    Audi A6    77AX443    2015    14250    1425
3    "Azər-Türk Bank" ASC    Audi A6    10AH181    2015    13750    1375
4    "Azər-Türk Bank" ASC    Audi A6    77PR557    2015    14500    1450
Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin aşağıdakı hesabına köçürülməlidir. Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:

Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;

"Azər-Türk Bank" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.

461550

 

 

0.21564698219299