Azərbaycanda milyonluq şirkətə rəhbər seçiləcək

 

"Cənubtikintiservis" ASC-nin Müşahidə Şurasının tərkibi və Maliyyə-təftiş komissiyası formalaşdırılacaq.

Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı məsələ ASC-nin 2024-cü il avqustun 9-da saat 10:00-da baş tutacaq səhmdarlarının təkrar ümumi yığıncağında müzakirə ediləcək. 

Yığıncaqda həmçinin şirkətin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı müzakirə ediləcək.

Qeyd edək ki, "Cənubtikintiservis" ASC 22.04.2003 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Namazov Ceyhun İlham oğludur. Şirkətin nizamnamə kapitalı 1 mln 324 min manatdır.

Könül
Demokratikmusavat.com     

0.15156698226929