Türkiyədə məhkəmə çirkli pulların yuyulması ittihamı ilə həbs olunan türkiyəli bloqer və iş adamı Dilan Polat və həyat yoldaşı Engin Polat barədə qərar qəbul edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Emrullah Erdinç "X" hesabında paylaşım edib.
O, məhkəmə işinin gedişatını yazıb:
"Dilan Polat, Engin Polat və Sezgin Polat məhkəmə zalına gəldilər. Dilan Polat məhkəmə zalına girərkən yerə yıxılaraq “ Allahım, mənim heç bir günahım yoxdur” deyə qışqırıb. Həbsxana nəzarətçiləri tərəfindən həkim çağırılıb.
Məhkəmə sədri Dilan Polatın məhkəmə zalından çıxarılmasını istəyib. Amma vəkillər ondan zalda qalmasını istəyiblər. Dilan Polat stula qoyuldu. Həkimin gəlməsi gözlənilir.
Dilan Polat indi məhkəmə zalından çıxarılır.
Məhkəməyə təqdim edilən vəsatətdə Gültəkin Alan adlı şəxs “Pul mənimdir, o qara pulun sahibi mənəm. Ayhan Bora Kaplan və Barış Boyun 15 iyulun qəhrəmanlarıdır, Banu Parlakın iş yerini Dalton çetesi vurdurmuşam” deyə yazıb. Ərizə oxunarkən təəccüblərini gizlədə bilməyən təqsirləndirilən şəxslər bu şəxsi tanımadıqlarını bildiriblər.
Prokuror öz rəyini bildirib, əmələ və mübahisəyə görə işin birləşdirilməsini və bütün təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasını istəyib. Sezgin Polat, "biz yenə həbsdəyik?" dedi. Hakim isə bildirdi ki, prokurorun tələbi budur, hələ qərar verməmişəm, o qədər də asan deyil. Engin Polat "Biz ədalət axtarırıq, ədalətə güvənirik. 9 aydır günahsız həbsdəyik. Biz azadlığa çıxmağımızı və bəraət qazanmağımızı istəyirik" deyib.
Məhkəmə müvəqqəti qərarını elan edib. Dilan Polatın, Engin Polatın və Sezgin Polatın həbs olunmadan mühakimə olunmasına qərar verilib", - jurnalist qeyd edib.