Dağıstanda 15-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və bir neçə mülki şəxs yaraqlıların hücumlarının qurbanı olub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov öz Telegram kanalında bildirib. Onun sözlərinə görə, altı yaraqlı məhv edilib. "Mahaçqala və Dərbənddə əməliyyat-döyüş fəaliyyətinin aktiv mərhələsi başa çatıb",-Melikov qeyd edib.
“15-dən çox polis əl-ələ verib Dağıstanın əmin-amanlığını qoruyan bugünkü terror aktının qurbanı oldu. Toqquşmalar zamanı daha bir neçə mülki şəxs də həlak olub... Onların arasında 40 ildən artıq Dərbənddəki pravoslav kilsəsində xidmət etmiş ruhani Nikolay ata da var”, - Məlikov əlavə edib.
Zərərçəkənlərə və həlak olanların ailələrinə maddi yardım göstəriləcək.
İyunun 24-dən 26-dək Dağıstanda matəm elan edilib, respublikada bütün əyləncə tədbirləri ləğv edilib
Bu barədə Dağıstan rəhbərinin administrasiyasının mətbuat xidməti xəbər verir.
“24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı indicə Sergey Melikov imzalayıb”, - məlumatda deyilir.
Matəm günlərində respublikanın hər yerində dövlət bayraqları yarıya qədər endiriləcək. Dağıstanda yerləşən mədəniyyət müəssisələri və televiziya və radio şirkətləri bütün əyləncə tədbirləri və proqramlarını ləğv edəcəklər.
Bazar günü axşam saatlarında Dərbənddə sinaqoq və kilsəyə, Mahaçqalada isə pravoslav kilsəsinə, həmçinin yol polisi postuna hücum nəticəsində 15-dən çox polis əməkdaşı və bir neçə mülki şəxs həlak olub.
Hadisə zamanı 16 nəfərə yaralanıb ki, onunda 13-ü polisdir.
Mürtəza
Demokratikmusavat.com