"Neftçi"nin gələn mövsümdə xidmətindən yararlanacağı yerli oyunçulardan birinin kimliyi dəqiqləşib.
Paytaxt klubu Ağadadaş Salyanski ilə müqavilənin müddətini yeniləyib.
Əvəzedici komandanın heyətində 28 qol vurmuş 20 yaşlı hücumçu növbəti 3 ili də yetirməsi olduğu "ağ-qaralar"ın düşərgəsində keçirəcək.
Premyer Liqadan və bəzi xarici ölkələrdən təklif alan gənclər yığmasının forvardı maaşının artırılması şərtilə sözləşməsini uzadıb. (sportinfo.az)