Qadına görə kişini döyüb üzərindən avtomobillə keçdilər - VİDEO

 

Rusiyada qısqanc kişi qadın üstündə dava salıb.

Orskda 34 yaşlı kişi 30 yaşlı sevgilisini xəyanətdə şübhəli bilərək rəqibini "cəzalandırıb".

O, dostu ilə razılaşıb (hər ikisi əvvəllər ağır cinayətlərə görə məhkum olunublar) və pusqu qurmaq üçün birlikdə qadının yaşadığı həyətə gəliblər. Xanımı yeni sevgilisi ilə birlikdə görən qısqanc kişi rəqibinə hücum edərək onu döyməyə başlayıb. Kişinin dostu isə avtomobilinin sükanı arxasına keçərək dava edənlərin üzərinə sürüb. Lakin əsas zərbə xanımın yeni sevgilisinə dəyib.

Davanın təşəbbüskarı isə sakitcə yerdən qalxaraq avtomobilə minib və dostu ilə birgə hadisə yerindən uzaqlaşıb.

Hazırda döyülən şəxs xəstəxanada ağır vəziyyətdədir. Qıscanq "qəhrəman"a qarşı isə bir nəfərin həyatına sui-qəsd faktı ilə cinayət işi açılıb. İndi dostlar polis tərəfindən axtarılırlar.

0.14509582519531