Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

 

İyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Demokratikmusavat.com bildirir ki, sinoptiklərin məlumatına görə qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 

0.1440269947052