Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya və Vyetnama səfəri ilə Amerika hakimiyyətinin ən böyük qorxusunu reallaşdırdı.
Demokratikmusavat.com xəbər verir ki, bunu ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuel “Nyu York Tayms” qəzetinə şərhində deyib.
Nəşr qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinə Vaşinqtonu qəzəbləndirmək üçün cəmi dörd gün bəs elədi.
"Rusiya liderinin Pxenyana və Hanoya səfəri həm də regionda Rusiyanın tarixi hərbi əlaqələrinin güclü xatırladıcısı oldu", - məqalədə vurğulanıb.