Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

 

Polşa höküməti Belarusla sərhəddə bütün sərhəd-keçid məntəqələrinin bağlanması imkanlarını nəzərdən keçirir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “TVN24” telekanalına müsahibəsində bildirib.

“Belarusun addımları ilə əlaqədar biz bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını nəzərdən keçiririk. Hazırda bunun Polşa iqtisadiyyatına təsir edib-etməyəcəyini nəzərdən keçiririk”, - XİN başçısı vurğulayıb.

İyunun 13-də Polşa Belarusla sərhəddə bufer zonası tətbiq edib.

0.17489004135132