Turistlərə pis xəbər: Barselonada bu qadağan edilir

 

Avropanın ən çox turist axını olan İspaniyanın Barselona şəhərində 2028-ci ilə qədər turistlərə kirayə mənzil verilməsi qadağan olunacaq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, bu addım artan mənzil xərclərinə nəzarəti ələ almaq və yerli sakinlər üçün məskunlaşmanı asanlaşdırmaq məqsədi ilə atılır.

Şəhər meri bildirib ki, Barselona 2028-ci ilin noyabrına qədər hazırda qısamüddətli kirayə kimi təsdiq olunmuş 10,101 mənzilin lisenziyasını ləğv edəcək:

“Son 10 ildə kirayə qiymətlərində 68, mənzillərin satış qiymətində isə 38 faiz artım qeydə alınıb. Bəzi sakinlər, xüsusilə gənclər üçün mənzil almaq müşkül məsələyə çevrilib”.

0.34398317337036