Ermənistan İsrailin “Israel Aerospace Industries” (İAİ) şirkətindən “Barak 8” hava hücumundan müdafiə sistemini (MR-SAM) almağı düşünür.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "globes.co.il" nəşri yazıb.
Nəşrin yazdığına görə, Rusiyadan uzaqlaşan Ermənistan müdafiə sistemlərinin alınması üçün yeni mənbələr axtarır və İsrailin “Barak 8” hava hücumundan müdafiə sistemini (MR-SAM), yer-hava raketi əldə etmək imkanını nəzərdən keçirir. MR-SAM İsrail və Hindistan birgə əməkdaşlığının məhsuludur.
MR-SAM sisteminə mərhələli massiv radarı, döyüş idarəetmə sistemi, mobil buraxılış qurğuları və qabaqcıl radiotezlik sensoru ilə təchiz edilmiş kəsicilər daxildir. Sistem Hindistan təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilmək üçün IAI və Hindistan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) arasında əməkdaşlıq əsasında hazırlanıb.
Hazırda Ermənistan bu sistemlə maraqlanır. Ölkədə MR-SAM-ın analoqlarından biri sayılan Rusiyanın S-300 bazasında hava hücumundan müdafiə sistemi mövcuddur. MR-SAM raketinin uzunluğu 4,5 metr, diametri isə təxminən 0,225 metrdir. Onun üstünlüyü nisbətən az çəkiyə malik olmasıdır. 275 kq olan bu sistemi dənizdə və quruda yerləşdirməyə imkan verir.
Nəşr onu da qeyd edib ki, Ermənistanı bu ölkədən silah almağa maraqlandıran ikinci cəhət isə İsraillə Azərbaycan arasında yüksək hərbi-texniki əməkdaşlıqdır. "Bu gün İsrail Azərbaycana hərbi texnikanın əsas tədarükçüsüdür. Üstəlik, 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasının səbəblərindən biri də IAI tərəfindən verilən silahlar olub.
Bundan əlavə olaraq, son aylarda İsraillə Azərbaycan arasında mühüm müqavilələrin imzalanması davam etdirilib ki, onlardan biri də 1,2 milyard dollar həcmində Barak MX hava hücumundan müdafiə sisteminin satmasıdır.
Digər tərəfdən, Ermənistanın MR-SAM-a marağının mümkün izahı ondan ibarətdir ki, İrəvanın Yeni Dehli ilə yaxşı münasibətləriin olmasıdır. İrəvan bundan daha maksimum istifadə etməyə çalışır", - nəşr yazır.
Mürtəza
Demokratikmusavat.com