Amerika əsilli rus döyüşçü Ceff Monson adını dəyişə bilər.
Demokratikmusavat.com xəbər verir ki, Monson İslamı qəbul etdiyi üçün bu addımı atmaq niyyətindədir.
“Adımı dəyişdirməyi düşünürəm”, – Ceff bildirib.
Bundan əvvəl Monsonun İslamı qəbul etdiyi məlum olub. O, 4-5 ildir ki, bu barədə düşündüyünü deyib.
2018-ci ildə amerikalı döyüşçü Rusiya vətəndaşlığını alıb, keçən il isə Amerika pasportundan imtina edib.