Fransada məscid və ərəblər təhqir olundu

 

Fransanın Tarn və Qaronna departamentinin Montauban şəhərində tikilməkdə olan məscidin fasadına naməlum şəxslər svastika çəkiblər.

Axar.az xəbər verir ki, bu barədə Fransa Müsəlman Şurasının X sosial şəbəkə hesabında məlumat yayılıb.

“Svastikanın yanında vandallar qara rənglə “Evlərinizə qayıdın, ey murdar ərəblər” sözlərini yazıblar. Tikilməkdə olan Montauban məscidinin açıq şəkildə təhqir olunmasını qətiyyətlə pislədiyirik”, - məlumatda deyilir.

 

0.23438906669617