Rusiya və Şimali Koreya arasında müqavilə hərbi yardımın göstərilməsini nəzərdə tutur

 

Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin 4-cü maddəsində razılaşmanın tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, sazişin mətnini Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) təqdim edib.

“Tərəflərdən biri başqa dövlət və ya dövlətlər qrupu tərəfindən silahlı hücuma məruz qaldıqda və müharibə vəziyyətində olarsa, digər tərəf Rusiya Federasiyasının və KXDR-in qanunlarına, BMT Nizamnaməsinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcəkdir”, – sənəddə qeyd olunub.

KMTA qeyd edib ki, Rusiya Federasiyası ilə KXDR arasında strateji tərəfdaşlığa dair sənəd müddətsiz xarakter daşıyır.

0.22436118125916