Adanada dəhşətli qəza: Yanacaq tankeri partladı - VİDEO

 

Adananın (Türkiyə) Pozantı rayonunda yanacaq tankeri qarpızla dolu yük maşınına çırpılıb. Nəticədə tankerdə partlayış baş verib və yanğın digər yük maşınına keçib.

Xoşbəxtlikdən hər iki maşının sürücüsü xəsarət almadan xilas olub.

Hadisə yerinə Adana və Mersindən xilasetmə briqadaları cəlb olunub.

Yanğını təxminən 5 saatlıq müdaxilədən sonra söndürmək mümkün olub.

0.17651200294495