Silah, müdafiə siyasəti... - Avropadakı hədəfləri açıqlandı

 

2024-cü ilin ikinci yarısında AB-yə Avropa Birliyinə (AB) sədrlik edəcək.

Ölkə.Az xəbər verir ki, Macarıstanın Aİ-dəki nümayəndəsi Balint Odora ölkəsinin AB-yə sədrliyi müddətindəki hədəflərini açıqlayıb. 

Budapeştli diplomatın sözlərinə görə, ölkəsi Aİ Şurasının prezidenti kimi Aİ-nin genişlənməsi proseslərini, xüsusən də  Qərbi Balkan ölkələrinin inteqrasiya prosesini təşviq etmək niyyətindədir. Bu məqsədlə də Budapeşt növbəti altı ay ərzində Aİ-Qərbi Balkanlar sammitinə ev sahibliyi etməyi planlaşdırır.

Ukraynadakı müharibə ilə bağlı Odor qeyd edib ki, Macarıstan prosesi yaxından izləyəcək və lazım gəldikdə bütün lazımi aspektləri gündəmə daxil edəcək. Macarıstanın AB-yə sədrliyi dövründə əsas prioritetləri aşağıdakılardır:

- Avropa Birliyinin rəqabət qabiliyyəti;
- Üçüncü ölkələrlə iqtisadi əlaqələr;
- İnzibati yükün yüngülləşdirilməsi;
- Müdafiə siyasəti;
- Silah tədarükü sahəsində əməkdaşlıq.

Eyni zamanda, Budapeşt öz şüarı kimi “Avropanı əvvəlki əzəmətinə qaytaraq” və ya “Avropanı yenidən möhtəşəm et” şüarını seçib.

Mürtəza
Ölkə.Az

0.28055095672607