Bu, Ermənistan dövlətçiliyinin itirilməsinin legitimləşdirilməsidir - Ayvazyan

 

Ermənistan parlamentində anti-Rusiya qüvvələrinin iştirakı ilə dinləmələr keçirilib, dinləmələrdə onların Ermənistanın Avropa İttifaqına üzvlüyü üçün ərizə verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklifi müzakirə edilib. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazır.

Müzakirələr zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan bu təklifi maraqlı və tələbatlı adlandırıb.

Məsələ ilə bağlı mövqeyini açıqlayan “Luys” mərkəzinin rəhbəri Ayk Ayvazyanın sözlərinə görə, referendum keçirilsə və vətəndaşların əksəriyyəti Aİ-yə üzvlüyün tərəfdarı olsa belə, Ermənistan heç vaxt orada görünməyəcək. “Lakin bu yolla Ermənistan müstəqil dövlətçiliyini itirmək prosesini legitimləşdirir”, - deyə, Ayvazyan  bildirib. (Ölkə.az)

 

0.18071889877319