Ermənistanın paytaxtı İrəvanın Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiya bayrağını cırıb, gerbi isə sındırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.
Paytaxt meriyasından sayta bildiriblər ki, onlar baş verənlərə görə məsuliyyət daşımırlar və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır. Şəhər rəhbərliyi də hadisə ilə bağlı məlumatı aydınlaşdıracağını bildirib.
“İravunk” nəşrinin yazdığına görə, Rusiyanın dövlət bayrağını rusofob və ya bir qrup rusofob cırıb. Lakin hələ də bunu edən tapılmayıb. Nəşr onu da qeyd edir ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.