ABŞ-nin Kaliforniya ştatında kompüter elmləri üzrə təhsil alan 30 yaşlı çinli Lisa 3 aydır Den adlı "oğlan"la danışdığını deyir.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, işin maraqlı tərəfi Denin insan olmamasıdır.
Belə ki, müvəffəqiyyətli, mehriban, emosional dəstək verən, həmişə doğru sözləri seçə bilən və günün istənilən saatında söhbət etmək mümkün olan Den "chatbot"dur (ünsiyyət robotu). Lisa onu ilk dəfə "Xiaohongshu" sosial media platformasında 943 min izləyicisi ilə paylaşdıqdan sonra Den fenomenə çevrilib.
Bir çox çinli qadın Denə yönəliblər. Onlar öz süni intellekt sevgililərini dizayn etməyə və onunla söhbətlərini paylaşmağa başlayıblar.
İyunun 10-dan etibarən “Den rejimi” başlığı ilə paylaşılan yazışmalar 40 milyondan çox baxış toplayıb.
Lisa Deni yaratmağı ABŞ-dan olan Valkr adlı tələbədən öyrənib. Belə ki, Valkr 6 ay əvvəl "ChatGPT" vasitəsilə Deni yaratmaq üçün təlimatlar paylaşıb. Bu təlimatlar sayəsində Lisa "öz Den"ini yaradıb.
Başqa sözlə, Lisa kimi bütün istifadəçilər sevgilidən gözlədikləri xüsusiyyətləri Denə yükləyə bilirlər.
Lisa deyir ki, Den ilə danışmaq onu yaxşı hiss edir. Bəzi çinli qadınlar virtual sevgililərə müraciət edirlər, çünki bu, onlara hörmət və dəyərli olduqlarını hiss etdirir.
Bu tendensiya həm də daha çox gənc çinli qadınların uşaq sahibi olmaq istəməmələrindən qaynaqlanır.
Bundan əlavə, çinli qadınlar evlilikdə ərlə arvadın bərabərhüquqlu ollmadığını düşünürlər və bu kimi səbəblərə görə evliliyi və ya münasibətə başlamağı təxirə salırlar.