İtaliyanın hərbi gəmilər də istehsal edən nəhəng şirkətlərindən biri olan "Fincantieri"nin sahibi, İtaliya Baş Qərargahının keçmiş rəisi Klaudio Qratsiano evində ölü tapılıb.
Paraıel.az xarici KİV-ə istinadla xəbər verir ki, 70 yaşlı Qratsianonun ölüsü Romadakı evində mühafizəçisi tərəfindən aşkarlanıb.
Bir müddət əvvəl həyat yoldaşını itirən Qratsianonun canına qıya biləcəyi iddia edilib.
Məlumata görə, Qratsianonun ölüm xəbərindən sonra birjada satılan İtaliya dövlət şirkəti "Fincantieri"nin səhmləri təqribən 3% dəyər itirib.