Avropa İttifaqına daxil olmayan 9 ölkə Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyalara qoşulub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin məlumatında deyilir.
Moldova və Ukrayna da Aİ-yə üzvlüyə namizəd ölkələr kimi bu siyahıdadır.
Ümumilikdə, siyahıda Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn yer alıb.