Razılaşma olarsa, Ermənistan referendum keçirməlidir - Paşinyan

 

Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistan referendum keçirməlidir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Sünikdəki Şinuair kəndinin sakinləri ilə görüşdə baş nazir qeyd edib ki, o, hansısa ərazilərin mübadiləsi təklifinin olacağı bir vəziyyəti qəbul edir:

“Biz düzgün başa düşməliyik. Biz Azərbaycanla yeni sərhəd yaratmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”, - o deyib.

 

 

0.30193781852722